«Avro-2012»nin seçmə mərhələsində Azərbaycan yığmasının rəqiblərindən biri Türkiyə milli komandasının yarımmüdafiəçisi Həmid Altıntop qarşıdakı seçmə oyunlarla bağlı fikirlərini açıqlayıb. Qol.Az-ın məlumatına görə, medyaspor.com saytına müsahibəsində Altıntop Belçika ilə qarşılaşmanın vacibliyini qeyd edib:
"Belçika matçı çox əhəmiyyətlidir. Bizim qrupda ən ciddi rəqiblərimizdən biri bu komandadır. Belçikalılar 2002-ci ildən bəri mötəbər turnirlərin final mərhələsinə qatıla bilmirlər. Belçika Türkiyə ilə oyuna böyük əhəmiyyət verir.
Baş məşqçi Leekens bu matçı komandası üçün son 10 ilin ən vacib oyunu olaraq göstərdi. Təbii ki, bizlər də bu oyunun nə dərəcədə önəmli olduğunu yaxşı bilirik. "Bayern"dən komanda yoldaşım belçikalı Van Buytenlə də bu haqda danışmışam. Hər iki komanda üçün də çox əhəmiyyətli oyun olacaq".
H.Altıntop millimizə məğlubiyyəti unutdurmağa çalışacaqlarını söyləyib: "Biz Azərbaycanla oyunda gözlənilməz məğlubiyyətlə üzləşdik. Türkiyə Belçika ilə qarşılaşmada qələbə qazanaraq bu uğursuzluğu unutdurmalıdır. Bizim ən əsas rəqibimiz bu komandadır. Almaniyaya baxsaq turnir cədvəlində nə vəziyyətdə olduqları aydın görünür.
Bu komanda favorit idi və hazırda liderdir. Biz də onlarla birlikdə qrupdan çıxan 2-ci yığma kollektiv olmalıyıq. Milli komandanın gələcək hədəflərindən bəhs edə bilmək üçün nailiyyətlərimizin davamlı olması lazımdır".
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim
Ançelottidən tənqidlərə cavab
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi mübarizəyə final mərhələsindən başlayacaq
Türkiyədə Hakimlər Komitəsinin sədri saxlanıldı