Avrokuboklarda gözlənilməz nəticələrdən birinə də Cəbəllütariq və San Marino klubları imza atıb.
QOL.az xəbər verir ki, Cəbəllütariq təmsilçisi “Linkoln” Konfrans Liqasının Liqa mərhələsini, Avropa Liqasının isə pley-offunu təmin edib.
Komanda mübarizəyə Çempionlar Liqasının 1-ci mərhələsindən başlayıb və İslandiyanın “Vikinqur” klubunu hər iki oyunda qalib gəlməklə (3:2, 1:0) mübarizədən kənarlaşdırıb.
“Linkoln” 2-ci mərhələdə “Srvena Zvezda”ya rəqib olub. Serbiya klubuna uduzan (0:1, 1:5) komanda Avropa Liqasının 3-cü təsnifat mərhələsində Ermənistan təmsilçisi “Noah”la üz-üzə gəlib. “Linkoln” ilk görüşdə 1:1 hesablı heç-heçə etdiyi rəqibi ilə ötən gecə cavab matçına çıxıb. Görüşün əsas və əlavə vaxtı qolsuz başa çatıb. Penaltilərdə isə Cəbəllütariq klubu üstün olub – 6:5.
San Marinonun "Virtus" klubu isə Konfrans Liqasında pley-offa vəsiqə əldə edib. Komanda KL-in 3-cü mərhələsində Moldovanın "Milsami" klubunu mübarizədən kənarlaşdırıb - 2:3, 3:0)
Təəssüf ki, cırtdan ölkə dediyimiz Cəbəllütariq və San Marinonun klubları bu uğura nail olur, Azərbaycan təmsilçilərindən isə “Qarabağ”dan başqa digərləri artıq ənənəvi olaraq mübarizəni 3-cü raundda erkən dayandırıb növbəti mövsümü gözləyirlər.
2 ay Mbappe, 2 ay Yamal
"Neftçi" Çempionlar Liqası klubunu belə məğlub etdi - Video
"Çelsi"yə ittiham irəli sürüldü
Xabi Alonso Qvardiolanı əvəz edə bilər
Ştegen "Barselona"dan ayrılır
Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatına yekun vuruldu
Kenan Yıldız "Yuventus"un ən yaxşısı seçildi
"Fiorentina" müdafiə xəttini gücləndirdi
125 il əvvəlki formada meydana çıxacaqlar
Rafinya "Barselona" tarixində ilk 50-liyə düşdü
Cənubi Amerikada ən bahalı transfer gerçəkləşir
"Neftçi" "Kayrat"a böyük hesabla qalib gəldi
"Bu cür matçlarda nəticə vacib deyil" - Saşa İliç
"Kəpəz"in legionerinin qolu liqanın ən yaxşısı seçildi
"Sumqayıt" Macarıstan klubuna böyük hesabla uduzdu
“Qalatasaray” - “Fənərbaxça” derbisinin vaxtı dəyişdirildi
AFFA 3 komandanın şikayətini təmin etdi
"Neftçi" TV-nin lisenziyası ləğv edildi
Artetadan azarkeşlərə müraciət
"Difai" onunla da vidalaşdı
"Qəbələ"də ayrılıq
Dünyada şübhəli oyunların sayı kəskin artıb
Keyn Bundesliqada ən yaxşı seçildi
"Arsenal"ın futbolçusu üzr istədi
“Mançester Siti” 70 milyonluq yeni transferi açıqladı