AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan Kubokunun mükafatlandırma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb.
-Mövsümü necə dəyərləndirirsiniz?
-Çempionat çox yüksək səviyyədə keçdi. Kubokun final oyununu da xüsusi qeyd edərdim. Qarşılaşma çox maraqlı və gərgin alındı. Deyərdim ki, bu gün əsl futbol bayramı oldu. Belə ab-hava hamı kimi məni də çox sevindirdi.
-Məğlub olan tərəf hər zaman narazı olur. Bu, sizi narahat etmir ki?
-Narazılıq olmamalıdır. Gördüyünüz kimi, tam şəffaf oyunun şahidi olduq və futbolçular “ədalətli oyun” qaydalarına əməl etdilər. Çox şadam ki, hər iki komandanın ifasında yüksək səviyyəli oyun izlədik.
-Avropa kuboklarında hansı komandamıza daha çox ümid edirsiniz?
-Hamısına ümid edirik. Allah qoysa, bu il Avropa kuboklarında yəqin ki, klublarımız öz sözlərini deməlidirlər.
-“Fənərbağça”nın prezidenti Aziz Yıldırımla yanaşı oturmuşdunuz. Maraqlıdır, onunla hansısa mövzuda söhbətiniz oldu?
-Bilirsiniz ki, “Fənərbağça” ilə çox yaxşı əlaqələrimiz var. 15 yaşlılardan ibarət yığmamız bu klubun bazasında uzun müddət təlim-məşq toplantısı keçirdi. Yıldırım da Azərbaycan futbolunun inkişafından danışır, irəliləyişin olduğunu bildirir.
-Millimizdən nə gözləyə bilərik? Qazaxıstanla səfər matçında qələbə qazanmaq mümkün olacaqmı?
-Qələbəni kim istəmir? İstəməyən varmı?
-Azərbaycan futbolunun 100 illik yubileyi ilə bağlı hər hansı ulduz futbolçunun Bakıya gəlişi gözlənilir?
- Futbolumuzun 100 illiyini iyunun 6-da qeyd edəcəyik. UEFA prezidenti Mişel Platini ilə FİFA prezidenti Yozef Blatter mərasimdə iştirak edəcəklər. Bu, bizim üçün fəxrdir. Onlar Azərbaycan futboluna, AFFA-ya hörmətlə yanaşırlar. Yubiley tədbirimizə qatılmaları bu hörmətin göstəricisidir.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim
Ançelottidən tənqidlərə cavab
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi mübarizəyə final mərhələsindən başlayacaq
Türkiyədə Hakimlər Komitəsinin sədri saxlanıldı