«Mən ilk növbədə «Xəzər Lənkəran»ı qələbə münasibətilə təbrik edirəm. Bu gün stadionda möhtəşəm atmosfer var idi. Əvvəlcədən də demişdim ki, layiqli final olacaq, oyuna gələnlər peşman olmayacaqlar».
Qol.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan kubokunun final oyunundan sonra «İnter»in baş məşqçisi Kaxaber Sxadadze deyib.
Ölkə kubokunun finalında «İnter» penaltilər seriyasında «Xəzər Lənkəran»a 2:4 hesabı ilə uduzaraq Avroliqada oynamaq şansını itirib.
«Uduzduğumuza görə qətiyyən utanmıram. Çünki nə lazımdısa, etdik. Oyunçular da var gücüylə çalışdılar. Ancaq görünür, «Xəzər Lənkəran»ın oyunçuları psixoloji cəhətdən daha möhkəm və inamlı idilər ki, penaltilər seriyasında qələbə qazandılar. Təəssüf ki, Avroliqaya düşə bilmədik. Bununla belə, Azərbaycanı avrokuboklarda təmsil edəcək digər klublara uğurlar arzulayıram» - deyə Sxadadze bildirib.
Gürcüstanlı mütəxəssisin istefa verib-verməyəcəyi ilə bağlı suala cavabı isə belə olub: «Hazırda əhvalım yaxşı deyil. Ona görə də komandada qalıb-qalmayacağıma rəhbərliklə görüşdən sonra aydınlıq gələcək».
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim
Ançelottidən tənqidlərə cavab
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi mübarizəyə final mərhələsindən başlayacaq
Türkiyədə Hakimlər Komitəsinin sədri saxlanıldı