Elnur Allahverdiyev: «Çempionluğu əlimizdən alsalar da, kubokda bunun əvəzini çıxdıq»

XƏBƏR 24 May 2011 / 23:01 2255
-  A +

«Qələbəyə görə çox şadam. Əsas odur ki, lənkəranlı azarkeşləri sevindirə bildik». Bu sözləri Qol.Az-ın müxbirinə Azərbaycan kubokununun final oyunundan sonra «Xəzər Lənkəran»ın müdafiəçisi Elnur Allahverdiyev deyib.

«Çempionluğu əlimizdən alsalar da, kubokda bunun əvəzini çıxdıq. Kimin güclü olduğu Avropada bilinəcək. Qələbəmizi fanatlarımıza həsr edirəm» - deyə o qeyd edib.

Xatırladaq ki, bu gün «Xəzər Lənkəran» penaltilər seriyasında «İnter»ə 4:2 hesabı ilə qalib gələrək Azərbaycan kubokunu qazanıb. 


Son xəbərlər