AÇ-2012-nin seçmə mərhələsində yığmamızın rəqiblərindən olan Türkiyə millisi iyunun 3-də səfərdə Belçika ilə qarşılaşacaq. Qol.Az-ın Türkiyənin "İnternetspor" saytına istinadən verdiyi məlumata görə, bu matç Türkiyə milli komandasının baş məşqçisi Quus Hiddink üçün son oyun ola bilər.
Buna səbəb kimi isə "Çelsi" klubunun sahibi Roman Abramoviçin Hiddinki yenidən Londona gətirmək istəyi göstərilir. Bir neçə gün öncə baş məşqçi Karlo Ançelotti ilə yollarını ayıran "Çelsi" rəhbərliyi bu postu yenidən Hiddinkə həvale etmək niyyətindədir.
Lakin Türkiyə millisi ilə 1 il daha müqaviləsi qalan Hiddinkin bu keçidi hələlik inandırıcı görünmür. Bununla belə, Türkiyə yığması səfərdə Belçikaya məğlub olarsa, bu Hiddinkin gedişini bir qədər tezləşdirə bilər.
Çünki növbəti məğlubiyyət artıq bütün Türkiyə camiasının da səbr kasasını daşıracaq ki, bu da Hiddinkin yığmadan getməsi ilə nəticələnə bilər. Bu məsələyə isə iyunun 3-dən sonra aydınlıq gələcək.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim
Ançelottidən tənqidlərə cavab
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi mübarizəyə final mərhələsindən başlayacaq
Türkiyədə Hakimlər Komitəsinin sədri saxlanıldı