"Arsenal"ı tərk etmək fikrində deyiləm"

"Arsenal"ı tərk etmək fikrində deyiləm"
XƏBƏR 24 May 2011 / 16:04 2130
-  A +

"Arsenal"ın mərakeşli futbolçusu Marian Şamak onun komandadan ayrılacağı haqda gəzən söz-söhbətə münasibət bildirib. Qol.Az-ın məlumatına görə, yenidən Fransaya "Marsel" klubuna qayıdacağı haqda deyilənləri təkzib edən Şamak "Arsenal"ı tərk etmək fikrində olmadığını açıqlayıb: 

"Yenidən "Marsel"ə qayıdacağım haqda deyilənlər tamamilə yalandır. "Arsenal"dan ayrılmağı düşünmürəm. Mən hələ "Arsenal"da öz sözümü deməmişəm. Əgər bir gün Fransaya qayıtmalı olsam, yalnız sabiq komandam "Bordo"ya gedərəm. Başqa komandanı ağlıma belə gətirmirəm".

Qeyd edək ki, 2010-cu ildə "Bordo"dan "Arsenal"a transfer olunan Şamak mövsüm ərzində komandanın heyətində çox az oyun keçirib.


Son xəbərlər
28.07.25  13:48

"Kəpəz"də ayrılıq

28.07.25  11:57

İlin azarkeş rekordu