Bakıda dünya çempionatının loqotipi təqdim olunacaq

Bakıda dünya çempionatının loqotipi təqdim olunacaq
XƏBƏR 24 May 2011 / 14:37 1816
-  A +

Xəbər verdiyimiz kimi, 2011-ci il iyunun 6-da "Buta Palace"-da Azərbaycan futbolunun 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçiriləcək.

Qol.Az-ın məlumatına görə, FİFA-nın prezidenti Yozef Blatterin, UEFA-nın prezidenti Mişel Platininin, beynəlxalq futbol qurumlarının üzvü olan milli assosiasiyaların rəhbərliyinin, ölkə futbol ictimaiyyətinin nümayəndələrinin iştirak edəcəyi tədbirdə 2012-ci ildə Azərbaycanda təşkil olunacaq 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatının loqotipi də təqdim olunacaq.

Qeyd edək ki, tədbir saat 20:00-da keçiriləcək. 

Son xəbərlər