Həyatda ən çətin şey ən asan görünən, daim səninlə olan, fərqində olduğunu sözlərlə ifadə edə bilməməkdir. Hər br insan dünyaya bəlli bir missiyaya gəlir. Bioloji funksiya bütün əhli-cahanı birləşdirsə də, bəni-adəmin ictimai məsuluyyəti onun fərqini müəyyənləşdirir...
Bəlkə də, bu yazı mənim ən çətin qələm nümunəmdir. Çünki böyük bir camiənin parçası olmaq və onun duyğularını ifadə etmək asan görünəni ifadə etməyi daha çətinləşdirir... Çünki haqqında yazacağım şəxsin də fərqliliyi seçilənlərdən olmasıdır.
Bəzən elə anlar olur ki, o zaman tərəfli-tərəfsiz hər kəs duyğuların cövlanında, xislətinin ən dərin qatlarında belə təbüssüm işartıları ətrafa yayılır.
Bu gün məhz elə günlərdən biridir. Bu gün, "Qarabağ" Futbol Klubunun direktoru Işık Əmrah Çəlikəlin 35-ci doğum günüdür. 35 yaşlı 60 illik "Qarabağ" ailəsinin direktoru. Əslində, o bilsəydi ki, bəndəniz bu yazını qələmə alacaq, qəti sürətdə əleyhinə olardı....Tam səmimi olaraq...
O, nə qədər təvözakarlıq etsə də, "Qarabağ" ailəsi öz yaşı kiçik, özü böyük "Abi"sinin bu kiçik yubileyinə biganə qala bilməzdi...
Onu ilk tanıdığım gündən 5 il keçir. Və bu 5 ildə onu yaxından tanıyanların hamısı bir insanı tanıyır. O, özü kimidir. Onu tanımaq ona inanmaq deməkdir.
O, "Qarabağ"ın uğurlarının pərdə arxası deyil, birbaşa qəhrəmanıdır. "Qarabağ" üçün etdiyi fədakarlıqlar uğuların açarıdır. O seçir, inanır, qoruyur, dəstək verir, tək buraxmır. O, tarix yazan "Qarabağ" üçün açılan çığırın memarıdır. O, "Qarabağ" üçün bütün təzyiqlərə tək sinə gəlməklə, nə qədər çətin olsa da, ağır məsuliyyəti tək başına daşımaqdan çəkinmir.
O, bir insanı sevdisə sevgisini gizlətmir, inandısa inamıyla qanad verir. Əslində, onun inamını və sevgisini qazanmaq çox asandır. Sadəcə olduğun kimi ol yetər. Olduğun kimi olmaq isə onun kimi olmağın fərqini göstərir.
O, hər kəsin dostudur. Futbolçudan sürücüyə qədər. Qapısını döyən hər bir kəs mütləq onu sona kimi dinləyən, onun dərdinə şərik olan və onun üçün daha artığını etməyə hazır olan birisini varlığını hər zaman bilir.
O, hər kəsdən biridir. Böyük ailə sevgisiylə ülvi dəyərlərin toplusudur. Sevgi və ehtiramıyla örnəkdən daha çox utandıracaq övlad nümunəsidir.
O, olduğu kimidir. Bir qalstukun boyunduruğuna sığmayan ruhu kimi, insanlara sadəliyin böyüklüyünü göstərən rəhbərdir.
O, doğum gününü "Qarabağ"ın qələbə qazanmasında gizlədən şəxsiyyətdir.
O, sadəcə Əmrah Çəlikəldir. Hər şeyə diqqətli, həssas amma hissləriylə hiss etdirən dərəcədə həssasdır.
O, bizim "Abi"mizdir. Yaşından asılı olmayaraq hamımızın. "Canım" xitabıyla doğmalaşdıran, təvözakar, 35 yaşlı daim gənc ağsaqqalımız...
Yaxşı ki, varsan. Biz səni sevmirik. Biz səninlə sevinirik..
Hələ yolun başındayıq. "İmarət"də "Qarabağ" Çempionlar Liqasında sevimli "Qalatasaray"ını məğlub edəndə də sən yenə də "Abi-müdir"imiz kimi sevinəcəksən..
Buz buna inanırıq. Sənə inandığımız kimi...
Sağ ol ki, varsan...
Ad günün mübarək...
"Qarabağ" ailəsi adından
Nurlan ƏZİZ
Kurt Zuma BƏƏ klubunda
Yamal rekorda imza atdı
"Komandanın vəziyyəti yaxşıdır" - Yuri Vernidub
"Barselona" bu transferi bitirmək üzrədir
"Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
"Sumqayıt"dan ayrıldı, İndoneziya klubuna keçdi
Sadio Mane millidəki karyerasını başa vurdu
"Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
Portuqaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Mançester Siti"dən yeni transfer
Avrokuboklarda ən uğurlu həftə
"Araz-Naxçıvan"da braziliyalı qapıçı
Ramiz Məmmədov "Karvan-Yevlax"ın baş məşqçisi oldu
Azərbaycan klublarının avrokuboklardakı 300-cü qolu
Dünya çempionatları rekordunu təkrarladı
"Şəfa" fransalı futbolçu tansfer etdi
Belçika millisində itki: İspaniya ilə oyunu buraxacaq
Vüsalın komandası Konfrans Liqasına məğlubiyyətlə başladı
Fransada DÇ qələbəsinin qeyd edilməsi faciə ilə nəticələndi
“Seltik”ə keçən Kamilo Durandan - İlk açıqlama
Kamilo Duran rəsmən “Seltik”də - 5 illik müqavilə
Mbappedən 60 ilin rekordu
“Qarabağ”a klub tarixinin ən böyük büdcəsini ayırmışıq”
"Araz-Naxçıvan"ın futbolçusu əməliyat olundu
Mbappe və Dembelenin qolları - Video
Azərbaycanın UEFA reytinqində əmsalı artdı
Avropa Liqasında 6 oyun keçirildi
"Zirə" və "Neftçi"nin potensial rəqibləri ilk oyununa çıxdı
DÇ-2026: İlk yarımfinalçı Fransa oldu
Sabiq "Qarabağ"lı bu kluba keçdi
Qurban Qurbanov Elvin Cəfərquliyevdən danışdı
“Qarabağ”ın potensial rəqiblərinin oyununda 5 qol