Bu gün UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin oyunları başlayır. Azərbaycan çempionu “Qarabağ” Şimali Makedoniyada “Şkendiya”nın qonağı olacaq. Oyun Skopyedə Toşe Proeskinin (Toše Proeski) adını daşıyan 33 min tamaşaçı tutumuna malik stadionda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.
Bəs, Toşe Proeski kimdir?
QOL.az xəbər verir ki, Proeski Şimali Makedoniyanın məşhur müğənnilərindən olub və cəmi 26 yaşında avtomobil qəzasında həyatını itirib.
Proeski güclü vokalı və emosional ifası ilə Balkanlarda milyonların qəlbini fəth etmişdi. O, musiqini birləşdirici güc kimi təqdim edirdi: etnik, dini, milli fərqlərə baxmadan hər kəsi birləşdirən səs idi. Elə bu səbəbdən çox gənc yaşda UNESCO tərəfindən “Sülh səfiri” elan olunmuşdu.

O, 2004-cü ildə Makedoniyanı “Life” mahnısı ilə “Eurovision” yarışmasında təmsil etmiş və ifası ilə geniş rəğbət qazanmışdı.
Proeski 2007-ci ildə Serbiyada səhər tezdən baş vermiş avtoqəza nəticəsində vəfat edib. Makedoniya hökuməti onun ölüm günü ilə ələqədar matəm elan etmişdi.

Stadion əvvəllər “Filip II Milli Arena” adlanırdı (Makedoniyanın tarixi kralı olan II Filippin şərəfinə). 2019-cu ildə Skopye şəhər şurasının qərarı ilə arenaya Toşe Proeskinin adı verilib.
Bu qərar geniş ictimaiyyət tərəfindən sevinclə və hörmətlə qarşılanıb. Məqsəd təkcə bir stadionun adını dəyişmək yox, xalqın sevdiyi bir insanı daimi xatirəyə çevirmək idi.
Qeyd edək ki, Makedoniya milli futbol komandası, eləcə də ölkənin bir neçə klubu beynəlxalq ev oyunlarını burada da keçirir.
Messinin 400-cü assisti
Derbilərin tamaşaçı sayı açıqlandı
“Bavariya” mövsümdə ilk dəfə xal itirdi
"Ayntraxt"dan Götze ilə bağlı qərar
Millimiz mübarizəni dayandırdı
Azərbaycan derbilərini idarə edən hakimlər
"Rəqibə qol epizodu vermədik" - Rəşad Sadıqov
"Bilmirəm baş hakim qərarını niyə dəyişdi" - Kurban Berdiyev
Azərbaycan derbisinə doğru: Vərəqələr, penaltilər
"Araz-Naxçıvan" “Karvan-Yevlax”a belə qalib gəldi - Video
“Tottenhem” və “Mançester Yunayted” xalları bölüşdürdü
"Oyunla bağlı çox danışmaq istəmirəm" - Elmar Baxşıyev
"Hələ ki idman xoşbəxtliyi bizdən yan qaçır" - Azər Həşimov
“Zirə" - "Turan-Tovuz" : Heyətlər
Millimiz Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq
Azərbaycan derbisi üçün bütün biletlər satıldı
Ançelottidən Neymara məsləhət
"Napoli"nin gözü "Mançester Yunayted"in futbolçusunda
"Araz-Naxçıvan" - "Karvan-Yevlax": Heyətlər
Haaland: "Qvardiola dahidir"
Azərbaycan derbisinə doğru: Futbolçular
"Liverpul" onunla yeni müqavilə imzalayır
Poçettino: "Premyer Liqaya qayıdacağam"
AFFA rəsmisi UEFA-dan növbəti dəfə təyinat aldı