Litva Jurnalistlər İttifaqının (LJİ) media nümayəndələri arasında keçirdiyi beynəlxalq futbol turnirində Azərbaycanın ilk dəfə iştirakı təşkilatçılar tərəfindən yüksək qiymətləndirilib.
Azərbaycandan gedən jurnalist qrupunun rəhbəri, Milli Olimpiya Komitəsinin üzvü Elnur Əşrəfoğlu "Trend"ə bildirib ki, bu turnirdə iştirakımız Azərbaycandakı həqiqətlərin, xüsusilə də Dağlıq Qarabağ probleminin tanıdılmasında xüsusi önəm daşıyıb.
"Turnirdə iştirak edən ölkələrin jurnalistlərinə Azərbaycandan gedən nümayəndə heyətinin hər bir üzvü Dağlıq Qarabağ həqiqətləri barədə məlumat verirdi. Regionu yaxşı tanımayan jurnalistlər Azərbaycanın təbii və coğrafi imkanları barədə məlumatlandırıldı", - deyə Əşrəfoğlu bildirib.
Onun sözlərinə görə, Azərbaycanın "Eurovision 2011"-də qələbə qazanmasının ölkəmizin dünyada təbliğinə təsiri Litvada da müşahidə edilib: "Digər ölkələrdən gələn jurnalistlər Azərbaycan nümayəndə heyətini "Eurovision 2011"-də qalib olmağımız münasibətilə təbrik edirdilər. Jurnalistlər "Eurovision 2012" müsabiqəsində iştirak etmək üçün Bakıya gələcəklərini bildirirdilər. "Evrovision 2011"-dən sonra Azərbaycana maraq daha böyük idi. Amma əsl dəstəyi Ukrayna və Belarus jurnalistlərindən aldıq. Onlara Qarabağ münaqişəsindən, Xocalı soyqırımından, torpaqlarımızın 20 faizinin erməni işğalında olması barədə məlumat verəndə, çoxlarının cavabı "Mı vse znaem, brat, i lyubim Azerbaydjan" (Biz hər şeyi bilirik və Azərbaycanı sevirik) olurdu".
Litvanın Druskininkay turist zonasında təşkil edilən turnir ardıcıl olaraq 7-ci ildir keçirildiyindən, artıq ənənəyə çevrilib. Bu dəfə yarışa 7 ölkədən 9 komanda qatılıb.
Turnirdə Azərbaycanı Bakı jurnalistlər yığması təmsil edib.
Turnirdə Litva 2 komanda - Vilnüs və Kaunas jurnalistləri ilə təmsil olunub. Rusiya yarışa Bryansk və NTV+ telekanalının əməkdaşları ilə gəlib. Digər 5 ölkənin hərəsi isə turnirə 1 komanda ilə qatılır. Belə ki, Ukraynadan Lutsk, Latviyadan Riqa, Belarusdan Minsk, Polşadan Varşava jurnalistləri də yarışa gəliblər.
İlk oyundaca turnirin gələcək qalibi Polşaya son dəqiqələrdə buraxdığımız kuryoz qolla uduzsaq da, Bakı jurnalistlər yığması 8 turdan sonra 3-7-ci yerləri tutub.
Turnirin mükafatlandırılma mərasimi isə Druskininkayda məşhur istirahət mərkəzlərindən birində olub ki, banketə şəhər meri Riçardas Marinauskas da qatılmışdı. O, bütün iştirakçılarla olduqca səmimi davransa da, "ayrı-seçkilik" edib əvvəlcə azərbaycanlılara yaxınlaşıb. Komandamızla xeyli söhbətləşən bu cavan oğlan Azərbaycanı növbəti turnirə elə indidən dəvət edib. Mer etiraf edib ki, Azərbaycan digər iştirakçılarla müqayisədə Litvaya daha çox yol qət edən komanda idi və bunu alqışlamamaq mümkün deyil.
Bununla belə, Azərbaycan da fərqləndirilən komandalar arasında idi. Elnur Əşrəfoğlunun "Turnirin sürpriz komandası" nominasiyasında mükafatı alan zaman "İnşallah, növbəti il Azərbaycan çempion olacaq!" deməsi, yenə alqışlara səbəb oldu. Cavab isə konkret idi: Azərbaycan ilk cəhddə sürpriz komanda adını qazanıbsa, deməli, növbəti il qalib olmağınız sürpriz kimi qəbul edilməməlidir.
Turnirdə iştirak etmək üçün Azərbaycandan Litvaya gedən jurnalist qrupu göstərdiyi dəstəyə görə Azərbaycan Gənclər və İdman Nazirliyinə minnətdarlığını bildirir.
"Trend"
Kurt Zuma BƏƏ klubunda
Yamal rekorda imza atdı
"Komandanın vəziyyəti yaxşıdır" - Yuri Vernidub
"Barselona" bu transferi bitirmək üzrədir
"Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
"Sumqayıt"dan ayrıldı, İndoneziya klubuna keçdi
Sadio Mane millidəki karyerasını başa vurdu
"Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
Portuqaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Mançester Siti"dən yeni transfer
Avrokuboklarda ən uğurlu həftə
"Araz-Naxçıvan"da braziliyalı qapıçı
Ramiz Məmmədov "Karvan-Yevlax"ın baş məşqçisi oldu
Azərbaycan klublarının avrokuboklardakı 300-cü qolu
Dünya çempionatları rekordunu təkrarladı
"Şəfa" fransalı futbolçu tansfer etdi
Belçika millisində itki: İspaniya ilə oyunu buraxacaq
Vüsalın komandası Konfrans Liqasına məğlubiyyətlə başladı
Fransada DÇ qələbəsinin qeyd edilməsi faciə ilə nəticələndi
“Seltik”ə keçən Kamilo Durandan - İlk açıqlama
Kamilo Duran rəsmən “Seltik”də - 5 illik müqavilə
Mbappedən 60 ilin rekordu
“Qarabağ”a klub tarixinin ən böyük büdcəsini ayırmışıq”
"Araz-Naxçıvan"ın futbolçusu əməliyat olundu
Mbappe və Dembelenin qolları - Video
Azərbaycanın UEFA reytinqində əmsalı artdı
Avropa Liqasında 6 oyun keçirildi
"Zirə" və "Neftçi"nin potensial rəqibləri ilk oyununa çıxdı
DÇ-2026: İlk yarımfinalçı Fransa oldu
Sabiq "Qarabağ"lı bu kluba keçdi
Qurban Qurbanov Elvin Cəfərquliyevdən danışdı
“Qarabağ”ın potensial rəqiblərinin oyununda 5 qol