“Bakı” klubu son iki mövsümü “Qarabağ”da keçirmiş Azərbaycan milli komandasının futbolçusu Elvin Məmmədovla münasibətlərini rəsmiləşdirib. Bu haqda Lent.az-a klubun Media və Marketinq Departamentinin rəhbəri Nəriman Mehdiyev məlumat verib.
Onun sözlərinə görə, 23 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanılıb. Anlaşmanın maddi tərəfi açıqlanmır. Mehdiyev bildirib ki, yaxın vaxtlarda daha iki yerli futbolçu ilə sövdələşmənin əldə olunacağı gözlənilir. Bunlar Salyanın “Muğan” komandasından ayrılan 21 yaşlı müdafiəçi Novruz Məmmədovla ötən mövsümü MOİK-də keçirmiş 22 yaşlı müdafiəçi Tural Nərimanovdur.
“Bakı” rəsmisi 8 futbolçudan başqa hələlik heç kiminlə yollarını ayırmadıqlarını bildirib: “Fabio Luis Ramim və Jaba ilə növbəti mövsüm üçün də müqaviləmiz var. İcarə müqaviləsi başa çatan Vaqif Cavadov barədə isə hələ qərar verilməyib”.
Qeyd edək ki, “Bakı” klubu bir neçə gün öncə yerli futbolçulardan müdafiəçi Rafael Əmirbəyov, yarımmüdafiəçi Mahmud Qurbanov, eləcə də fransalı müdafiəçi Stefan Borbikoni, ukraynalı yarımmüdafiəçi Ruslan Leviqa, mərakeşli yarımmüdafiəçi Adnan Bərəkət, braziliyalı yarımmüdafiəçi Junior Osvaldo, moldovalı hücumçu Vyaçeslav Sofroni, bosniya və herseqovinalı hücumçu Saşa Kaykutla yollarını ayırıb.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim
Ançelottidən tənqidlərə cavab
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi mübarizəyə final mərhələsindən başlayacaq
Türkiyədə Hakimlər Komitəsinin sədri saxlanıldı