Bu gün AFFA-nın inzibati binasında "Azercell U-17 Liqa"sının qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Qol.Az-ın məlumatına görə, tədbirdə əvvəlcə "Azercell U-17 Liqa"nın başa çatan mövsümü ilə bağlı hazırlanmış videoçarx nümayiş olunub. Sonra isə AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edərək qalib komandaları təbrik edib.
"Azercell" şirkətinin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Ülviyyə Həsənzadə də təmsil etdiyi qurum adından qaliblərə təbriklərini çatdırıb.
Sonra mükafatlar təqdim edilib. Əvvəlcə çempionatın bombardiri - "Bakı" klubunun üzvü Raul Yaqubzadəyə və mövsümün ən yaxşı futbolçusu – "Qəbələ" komandasının oyunçusu Elvin Camalzadəyə xüsusi mükafatlar təqdim olunub.
Üçüncü yeri tutmuş "Neftçi" və ikinci pillənin sahibi "Qəbələ" komandasına diplom və medallar verilib. "Azercell U-17 Liqa"nın qalibi olan "Bakı" komandasına diplomlar, medallar və kubok, həmiçinin AFFA-nın hesabına xarici ölkələrdən birində təlim-məşq toplanışı keçirməklə bağlı diplom təqdim olunub.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim
Ançelottidən tənqidlərə cavab
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi mübarizəyə final mərhələsindən başlayacaq
Türkiyədə Hakimlər Komitəsinin sədri saxlanıldı