“Bu gün baş məşqçimiz Badri Kvaratsxeliya mənə dedi ki, Foqts sənin oyununla yaxından maraqlanır. Ola bilsin milli komandamızın baş məşqçisi bizim “Neftçi” və “İnter”ə qarşı görüşlərimizi izləyib və hazırlığım onu razı salıb”. Bu sözləri Qol.Az-a “Standard”ın futbolçusu Ruslan Əmircanov deyib. Milli formanı geyinməyin hər bir futbolçu üçün fəxr olduğunu deyən Əmircanov əvvəlki toplanışlara çağrılmamasına da aydınlıq gətirib: “Yayda millimizin keçirdiyi yoldaşlıq görüşlərinə mən də dəvət almışdım. Görünür Bosniya və Hersoqovina ilə Andorra millilərinə qarşı oyunlarda özümü yaxşı tərəfdən göstərə bilməmişəm. Bu mənada sonrakı toplanışlara dəvət almamağımda yeganə günahkar özümü görürəm. Heç indi də öz oyunumdan tam razı deyiləm. Amma Foqtsun mənimlə maraqlanması üzərimə əlavə məsuliyyət qoyur. Eşitdiyimə görə o, sabah “Qarabağ”la keçirəcəyimiz oyunu izləməyə gələcək. Deməli, özümü sübut etmək üçün əlimə gözəl fürsət düşüb”.
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu