"Karvan"dan yayın 9-cu transferi

"Karvan"dan yayın 9-cu transferi
ÖLKƏ FUTBOLU 26 İyul 2025 / 15:56 1891
-  A +

Yeni mövsümdə Azərbaycan Premyer Liqasında çıxış edəcək "Karvan" daha bir futbolçunun transferini açıqlayıb.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Vadim Abdullayevlə 1 illik müqavilə imzalanıb.

30 yaşlı yarımmüdafiəçinin son klubu "Araz-Naxçıvan" olub.

Qeyd edək ki, Yevlax təmsilçisi bu yay Elltun Turabov ("Turan Tovuz"), Süleyman Əhmədov (son klubu "Səbail"), Araz Abdullayev ("Qaradağ-Lökbatan"), David Oliveira Silva (son klubu “Zabbar”, Malta) ,Kyle Spence (Son klubu “Coleraine”, Şimali İrlandiya), Gavi Thompson (son klubu  “Sportinq Lagos”, Nigeriya), Olavale Doeni ("Plato Yunayted", Nigeriya) və Elvin Yunuszadəni (son klubu "Qəbbələ") də sıralarına qatıb.


Son xəbərlər