FİFA nümayəndələri stadionlara baxış keçirdi

FİFA nümayəndələri stadionlara baxış keçirdi
XƏBƏR 23 May 2011 / 11:42 1587
-  A +

FİFA-nın Oyun Meydançaları Proqramının meneceri Stüart Larman və FİFA-nın təbii ot örtüyü üzrə məsləhətçisi Stefan Baker mayın 17-dən 22-dək Azərbaycanda səfərdə olublar. Qol.Az-ın məlumatına görə, FİFA nümayəndələri səfər proqramı çərçivəsində 2012-ci ildə ölkəmizdə təşkil olunacaq 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatında istifadəsi nəzərdə tutulan stadionların və məşq meydançalarının inspeksiyasını keçiriblər.

Təbii ot örtüklü meydançalardan torpaq və ot nümunələri götürülüb. Həmçinin istifadə olunan avanlıqlara baxış keçirilib. Aparılan testlər və analizlərə əsasən, U-17 qızlar arasında DÇ-2012-də istifadə ediləcək stadion və məşq meydançalarının hər birinə yaxşı qulluq olunmasına dair xüsusi təlimatlar hazırlanacaq.

Qeyd edək ki, bu ilin oktyabr ayında, Bakı şəhərində FİFA mütəxəssislərinin iştirakı ilə stadionların ot örtüyünə qulluq edən şəxslər üçün nəzəri-praktiki seminarın təşkil olunması nəzərdə tutulub.

Son xəbərlər