Rakitiçə "Hayduk"da vəzifə verildi

Rakitiçə "Hayduk"da vəzifə verildi
DÜNYA FUTBOLU 19 İyul 2025 / 10:47 1608
-  A +

Bu yaxınlarda futbolçu karyerasını başa vuran İvan Rakitiçin yeni iş yeri bəlli olub.

QOL.az xəbər verir ki, Xorvatiya millisinin və "Barselona"nın sabiq üzvü Konfrans Liqasında "Zirə"nin rəqibi olan "Hayduk"un texniki direktoru təyin olunub.

Bu barədə Xorvatiya klubunun mətbuat xidməti məlumat yayıb. Rakitiç klubun idman direktoru Qoran Vuçeviçin köməkçilərindən biri olacaq. O, əsas komandanın futbolçuları və texniki heyətinə cavabdeh olacaq.

Xatırladaq ki, Rakitiçin son klubu "Hayduk" olub. O, ötən mövsüm bu komandada çıxış edib. 

Qeyd edək ki, "Zirə" - "Hayduk" qarşılaşması iyulun 23-də Bakıda, cavab oyunu isə iyulun 31-də Xorvatiyada keçiriləcək. 


Son xəbərlər