Vaqif Sadıqovun ikinci məğlubiyyəti

Vaqif Sadıqovun ikinci məğlubiyyəti
XƏBƏR 20 May 2011 / 23:38 1741
-  A +

Rusiya Premyer Liqasında X tura start verilib. Qol.Az-ın məlumatına görə, "Anji" klubu Çeçenistan paytaxtı Qroznıda "Terek"ın qonağı olub.

Oyun yenicə istifadəyə verilmiş və 30 min tamaşaçı tutumuna malik "Ahmat-Arena"da keçirilib. "Terek" bu arenada ilk rəsmi matçında minimal hesabla qalib gəlib - 1:0. Yeganə topu 45-ci dəqiqədə Blaqoy Georgiyev vurub. Sayca ikinci məğlubiyyətdən sonra "Anji" 16 xalla 4-cü pillədə qalıb. "Terek" isə 11 xalla 9-cu pilləyə yüksəlib.

Qeyd edək ki, "Anji"nin məşqçisi Azərbaycan millisinin sabiq baş məşqçisi Vaqif Sadıqovdur.

Daha çox


Son xəbərlər