2010-2011-ci il mövsümünü uğursuzluqla başa vuran “Bakı” futbol klubu “təmizləmə əməliyyatı”na başlayıb. Qol.Az-ın məlumatına görə, komandanın baş məşqçisi Aleksandr Starkov bosniya və herseqovinalı hücumçu Saşa Kaykutun ardından daha 7 futbolçuya qapını göstərib.
Bunlar yerli futbolçulardan müdafiəçi Rafael Əmirbəyov, yarımmüdafiəçi Mahmud Qurbanov, eləcə də fransalı müdafiəçi Stefan Borbikoni, ukraynalı yarımmüdafiəçi Ruslan Leviqa, mərakeşli yarımmüdafiəçi Adnan Bərəkət, braziliyalı yarımmüdafiəçi Junior Osvaldo və moldovalı hücumçu Vyaçeslav Sofronidir.
Onların hamısı ilə başa çatan müqavilənin müddəti uzadılmayıb. Artiq Starkov gedənlərin adlarını klub rəhbərliyinə də təqdim edib. Futbolçuların özləri isə bu barədə məlumatlandırılıb. Lakin bununla “təmizləmə əməliyyatı” başa çatmayıb. Yaxın günlərdə “qara siyahı”ya yeni adlar da daxil edilə bilər.
Qeyd edək ki, “Bakı” klubu Unibank Premyer Liqasını 6-cı pillədə başa vurub, NBC Bank Azərbaycan Kubokunda isə yarımfinalda mübarizəni dayandırıb.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim