Sonuncu dəfə 2004/05 mövsümündə çempion olmuş "Neftçi" nəhayət, 6 illik həsrətə son qoydu. Qol.Az-ın məlumatına görə, flaqman bütün rəqiblərindən üstün olaraq, tarixində 6-cı dəfə Azərbaycan çempionu adını qazandı.
Bu çempionluq klub rəhbərliyinin apardığı düzgün transfer siyasəti, futbolçular üçün hər cür şəraitin yaradılması, təlim-məşq toplanışlarının yüksək səviyyədə təşkil olunmasının məntiqi nəticəsi idi. "Ağ-qaralar" təkcə xalların sayına görə deyil, bir çox komponentlərdə də rəqiblərini xeyli geridə qoyub. 67 xalla çempion olan "Neftçi" hamıdan çox – 19 dəfə qələbə qazandı və hamıdan az, cəmi 3 dəfə məğlub olub. Flaqman vurulan və buraxılan qolların sayında da rəqiblərini qabaqlayıb. Hamıdan çox qol vuran (53 qol) "Neftçi" hamıdan da az qol buraxıb (17 qol).
Yeri gəlmişkən, "Neftçi"nin heyətində ən çox oyun keçirən İqor Mitreskidir. Makedoniyalı futbolçu Premyer Liqanın 32 oyunundan 30-da meydana çıxıb. Qol vuranlara gəlincə, Azərbaycan çempionatının 3 ən yaxşı bombardirindən ikisi "Neftçi"nin üzvüdür. Özbəkistanlı Bahodir Nasimov 15, braziliyalı Flavinyo isə 11 qolun müəllifi olub.
"Neftçi" sona 3 tur qalmış çempionluğu təmin etsə də, mükafatlandırma mərasimi 32-ci tur çərçivəsində keçirilən "Xəzər Lənkəran"la oyundan sonra baş tutub. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev çempionluq kubokunu komandanın kapitanı Rail Məlikova təqdim edib. Rail isə öz növbəsində kubokla yanaşı, üzərində "Sadıq Sadıqov çempion!" yazılmış formanı "Neftçi"nin prezidenti Sadıq Sadıqova verib.
Məlikovun formasında ötən ilin fevralında avtomobil qəzası zamanı dünyasını dəyişmiş "Neftçi"nin əməkdaşları – Vahid Həmidov və Alim Məmmədov, eləcə də bu ilin aprelində vəfat etmiş Rüfət Mehdiyevin xatirəsinə "Çempionluğu sizə həsr etmişik. Ruhunuz şad olsun!" sözləri yazılmışdı.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim