Van der Sar "Qalatasaray"a doğru

Van der Sar "Qalatasaray"a doğru
XƏBƏR 20 May 2011 / 16:27 2456
-  A +

Türkiyənin “Qalatasaray” klubunun yeni prezidenti Ünal Aysalın həyata keçirmək istədiyi sürpriz transfer müəyyənləşib.

Qol.Az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu, İngiltərə “Mançester Yunayted”inin hollandiyalı qapıçısı Edvin van der Sardır.

40 yaşlı qolkiperlə böyük ölçüdə anlaşma əldə edilib. Onunla 1 + 1 illik müqavilə bağlanılacaq. “Mançester Yunayted”lə müqaviləsi başa çatdığından, Van der Sarın “Cim-Bom”a keçidi havayı başa gələcək. Təcrübəli qolkiper “Cim-Bom”un sərfəli müqavilə təklifinə müsbət cavab verib. Xəbəri İngiltərə klubuna yaxın mənbələr də təsdiqləyib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner