Bu dəqiqə aldığımız məlumata gərə, Rasim Kara "Xəzər-Lənkəran"dan getdiyini açıqlayıb.
Bu gün «Xəzər-Lənkəran» klubunun saytı Karanın istefasıyla bağlı rəsmi məlumat açıqlayıb. Məlumatda deyilir:
- Dünən Azərbaycan Premyer-liqasının XII turu çərçivəsində baş tutan “Xəzər Lənkəran” - “Qarabağ” görüşündən (1:3) sonra keçirilən mətbuat konfransında komandamızın baş məşqçisi Rasim Kara istefa qərarını açıqlamış, lakin klub prezidenti Mais Mənsimov bu qərarı oyunun uğursuz nəticəsindən doğan emosionallıqla izah edərək istefanı qəbul etməmişdir. “Xəzər Lənkəran” Futbol Klubu və onun rəhbərliyi hər zaman əməkdaşlıq etdiyi insanlara dəstək olmasıyla seçildiyindən Karanın tələskən qərarıyla bağlı heç bir ciddi addım atmaq fikrini yaxın buraxmamışdır. Lakin bu gün türkiyəli mütəxəssis klub rəhbərliyi ilə görüşərək bir daha qərarında israrlı olduğunu və bundan sonra “Xəzər Lənkəran” Futbol Klubunun baş məşqçisi vəzifəsini daşımaq iqtidarında olmadığını bildirib. Belə təkiddən sonra klub prezidenti Mais Mənsimov məşqçinin fikrinə hörmətlə yanaşmaq məcburiyyətində qalaraq onun istefasını qəbul edib.
Görüş zamanı klub rəsmiləri komandanın son oyunlarda üzləşdiyi uğursuz nəticələrin səbəblərini araşdırmağa çalışıb. Rasim Kara “Xəzər Lənkəran”a çox bağlı olduğunu və komandaya böyük nailiyyətlər qazanmağı arzulayıb. Mais Mənsimov isə Karanın “Xəzər Lənkəran”ın formalaşması və peşəkarlaşmasında, klubun populyarlıq qazanmasında böyük xidmətlərinin olduğunu bildirib. Mais bəy klubun Azərbaycan Milli birinciliklərində debüt ilində yarışın gümüş medallarına yiyələnməsində Karanın əvəzsiz rolunun olduğunu söyləməklə onunla əməkdaşlığı pozmamaq istəyində olduğunu bildirib. “Xəzər Lənkəran”ın prezidenti mütəxəssisə bundan sonra da klub strukturunda vəzifə tutmağı, klubun uşaq və yeniyetmələr sektorunun fəaliyyətinə ümumi nəzarəti üzərinə götürməyi və mövcud problemləri həll etməyə çalışmağı təklif edib. Mais bəy klubun Karayla əməkdaşlığı davam etmək istədiyini və Rasim bəyin təklifə müsbət cavab verəcəyinə ümidli olduğunu açıqlayıb.
***
"Xəzər-Lənkəran”ın prezidenti Mais Mənsimovun lent.az saytına verdiyi məlumata görə, komandanı noyabrın 29-da Zaqatalada «Simurq»la keçirəcəkləri oyuna qapıçılarla işləyən məşqçi Hafiz Əliyev çıxaracaq. M.Mənsimov R.Karanın klubda qalacağını da açıqlayıb. O, bildirib ki, türkiyəli mütəxəssis klubun yeni tikiləcək futbol akademiyasına rəhbərlik edəcək.
***
«Peşəkar futbolda belə hadisələr olur. «Xəzər-Lənkəran»a uğurlar arzulayıram. Əhval-ruhiyyəm çox pisdi. Amma hələ ki, bir-iki gün Azərbaycan qalacağam». Bu sözləri Qol.Az-a ekslüziv açıqlamasında bu gün istefaya göndərilən Rasim Kara deyib: «Mübariz Mənsimovla qardaş kimiyik. Münasibətlərimiz yenə əvvəlki kimi qalacaq».
«Yerli klublardan təklif alsanız, Azərbaycanda qalıb işləməyi düşünürsünüzmü» - sualını R.Kara belə cavablandırıb: «Bu dəqiqə heç nə haqda düşünmürəm».
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri
İspaniya kralı Messini şam yeməyinə dəvət etdi
Skaloni razılıq verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
Fernandeş taktikanı tənqid etdi, Kerrik futbolçuları
"Real"ın böyükhesablı qələbəsi - Video
Çempionlar Liqasında həftənin oyunçusu kim olacaq?
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi - Video
“Sabah” 3 turdan sonra ÇL-də neçəncidir?
"Real" və "İnter"dən qələbə, Münhendə qalib aşkarlanmadı
“Qalatasaray”dan 4 qollu qələbə - Video
Premyer Liqa klubuna canlı maskotla bağlı xəbərdarlıq
"Qalatasaray" 6 qollu matçdan qalib ayrıldı
“Qalatasaray”ın Çempionlar Liqası rekordunu yenilədi
Bir ildən sonra yaşıl meydanlarda
Klub azarkeşlərin boykotunu dəstəklədi
“Şahdağ Qusar”ın baş məşqçisindən açıqlamalar
Derbidə üz tanıma sistemindən istifadə ediləcək