Mayın 18-də keçirilən “Neftçi” – “Xəzər Lənkəran” oyunundan sonra Kamran Ağayev elə bir müsahibə verdi ki, bəlkə də “Neftçi”ni tarixi ərzində bu qədər sərt və kəskin tənqid edən olmamışdı. Qol.Az-ın məlumatına görə, “Xəzər Lənkəran”ın qapıçısı açıq şəkildə “Neftçi”nin hakimlərin köməyilə çempion olduğunu, ÇL-də biabırçı hesablarla uduzub rüsvay olacağını deyib. “Neftçi” tərəfinin cavabı özünü çox gözlətmədi. Klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu Kamran Ağayev haqqında aydın səmada şimşək effekti yaradacaq sözlər deyib.
“Hər şey göz qabağındadı. Çempion olduq. Özü də necə. Ötən mövsüm 5-ci olandan sonra prezidentimiz Sadıq Sadıqovun rəhbərliyi altında indiki uğurun təməlini qoyduq. Heyətdən 17 nəfəri göndərdik. Yeni komanda qurduq və görülən işlər bəhrəsini verdi”.
“Neftçi” rəsmisi “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayevin ittihamlarını cavablandırnmağı özünə borc bildi: “Neftçi”ni gözü götürməyənlər var. Paxıllar çoxdu. Biri elə Kamran Ağayev. Kamran üçün gündəlik həyatda da xətt çəkilməsini təklif edirəm. Bəli, düz eşitdiz – xətt. Xətt çəkilməlidi ki, yerini bilsin və cızığından çıxmasın”.
Elnur Əşrəfoğlunun Kamran barədə şok xəbər verdi. Onun sözlərinə görə “Xəzər Lənkəran”ın qapıçısı “Neftçi”də oynamaq istəyir.
“Kamran 2 ildi “Neftçi”yə gəlmək istəyir. Qapıçılarla işləyən məşqçimiz Neboyşa Mixayloviçə yaxınlaşaraq istəyini dilə gətirib. Onun fikri-zikri “Neftçi”də oynamaqdır. İndi götürmürük deyə qalıb yana-yana. Nə gəldi danışır. Bəlkə fikirləşir ki, bu cür danışmaqla Mais Mənsimovdan ənam alacaq".
“Neftçi”nin sözcüsü Kamran Ağayevin antifutbol ittihamlarına da mübasibət bildirdi: “Nə antifutbol? Hakim “Xəzər Lənkəran”ın futbolçusuna qırmızı vərəqə göstərdi? Bəlkə biz ayrı oyuna baxmışıq? Kamran özünə baxsın. Qolu onun “quş”undan sonra vurduq. Azlıqda ikən “Neftçi” daha yaxşı futbol nümayiş etdirdi".
Sonda Elnur Əşrəfoğlu Kamran Ağayevə “Neftçi”yə “ilişməməyi” tövsiyyə etdi: “Kamran Ağayev məhəllə uşaqlarını başına yığıb almanlardan 6 top buraxması danışsın. Avrokuboklarda Moldova klublarına uduzmaqlarının səbəblərini izah etsin. “Neftçi” ilə işi olmasın. “Neftçi”nin bostanına daş atanın, həyətinə kubik atarıq”.
(Mənbə: Penalti.az)
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim