Qazaxlar Azərbaycanla oyunun biletlərinin qiymətlərini gizli saxladı

Qazaxlar Azərbaycanla oyunun biletlərinin qiymətlərini gizli saxladı
XƏBƏR 20 May 2011 / 11:47 1475
-  A +

AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandasının Qazaxıstan yığması ilə səfər görüşünün biletlərinin satışa çıxarılacağı vaxt açıqlanıb. Qol.Az-ın məlumatına görə, azarkeşlər iyunun 3-də Astana Arenasında keçiriləcək görüşün biletlərini mayın 24-dən etibarən əldə edə bilərlər.

Bilet satışı mayın 24-dən iyunun 2-ə kimi davam edəcək. Maraqlıdır ki, satışa çıxarılan biletlərin qiymətləri açıqlanmayıb.

Qeyd edək ki, Qazaxıstan – Azərbaycan oyunu iyunun 3-də Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Daha çox


Son xəbərlər