Litva Jurnalistlər İttifaqının (LJİ) media nümayəndələri arasında keçirdiyi beynəlxalq futbol turnirinin iştirakçılarının siyahısı dəqiqləşib. Qol.Az-ın məlumatına görə, sabah Druskininkada təşkil ediləcək turnir ardıcıl 7-ci ildir keçirildiyindən, artıq ənənəyə çevrilib.
Bu dəfə yarışa 7 ölkədən 9 komanda qatılacaq.Turnirdə Azərbaycanı Bakı jurnalistlər yığması təmsil edəcək.
Turnirdə Litva 2 komanda - Vilnüs və Kaunas jurnalistləri ilə təmsil olunacaq. Rusiya yarışa Bryansk və NTV+ telekanalının əməkdaşları ilə gedir. Digər 5 ölkənin hərəsi isə turnirə 1 komanda ilə qatılır. Belə ki, Ukraynadan Lutsk, Latviyadan Riqa, Belarusdan Minsk, Polşadan Varşava jurnalistləri də yarışa təşrif buyuracaqlar.
Dairəvi sistemlə keçiriləcək yarışın oyunları ölçüləri standart futbol meydançasının 1/4-i olan süni meydançada baş tutacaq. Yarışdakı qarşılaşmaların hər biri 20 dəqiqədən ibarət olacaq: iki 10 dəqiqəlik hissə. Matçlar zamanı hər komanda meydanda qapıçı da daxil olmaqla, 7 nəfərlə mübarizə aparacaq, əvəzetmələr isə məhdudiyyətsizdir.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim