Ünal Aysal Əli Yavaşın "Qalatasaray"a dönmə ehtimalını şərh etdi

Ünal Aysal Əli Yavaşın "Qalatasaray"a dönmə ehtimalını şərh etdi
XƏBƏR 20 May 2011 / 00:01 2113
-  A +

"Qalatasaray"ın yeni prezidenti Ünal Aysal hazırda "Qəbələ" futbol akademiyasına rəhbərlik edən Əli Yavaşın "sarı-qırmızı" kluba qaytarılacağı barədə xəbərlərə münasibət bildirib. Qol.Az-ın məlumatına görə, "NTV Spor"un canlı yayımına qatılan Aysal məşhur idman yazarı Rıdman Dilmənin sualına konkret cavab verməyib. 

Lakin o, "Cim-Bom"un aşağı yaş qruplarından əsas komandaya futbolçuların yetişdirilməsinin vacibliyini vurğulayıb. Yeni prezidentin fikrincə, son zamanlar Arda, Səbri kimi "Qalatasaray"ın öz yetirmələri gözə dəymir. Ünal bu problemin həllinə diqqət ayıracaqlarını vurğulayıb.  

Daha çox


Son xəbərlər