"Qarabağ"ın futbolçuları istirahətə yollandı

"Qarabağ"ın futbolçuları istirahətə yollandı
XƏBƏR 19 May 2011 / 14:02 1902
-  A +

Ağdamın "Qarabağ" klubu bu gündən istirahətə buraxılıb. Qol.Az-ın məlumatına görə, dünən keçirilən Premyer Liqanın son turundan sonra çempionatı 3-cü sırada bitirən "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov bütün komandanı istirahətə buraxıb.

Sabahdan əsas milliyə 8, U-21-ə 1, Albaniyaya 2, Latviya millisinə isə "Qarabağ"ın 1 futbolçusu qoşulacaq. İyunun 5-də yeni mövsüm üçün toplaşacaq "Qarabağ", ayın 6-dan hazırlıqlara başlayacaq.

Milli komandanın futbolçuları isə iyunun 3-ü və 7-də seçmə mərhələ oyununa çıxacaqları üçün baş məşqçi 11 futbolçuya 5 gün dincəlmək imkanı yaradacaq. Millinin düşərgəsindən qayıdacaq futbolçular isə iyunun 13-də "Qarabağ"ın hazırlıqlarına qoşulacaq.  

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner