“Xəzər-Lənkəran” klubu azarkeşlərinə müraciət edib. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, müraciətdə klub rəhbərliyinin azarkeşlərin son oyunda səsləndirdikləri “istefa, istefa” çuarını yaxşı qarşılamadığı qeyd olunub: “Əslində, bu hərəkəti əsl “Xəzər Lənkəran”lıların etdiyinə inanmırıq. Əvvəla, “kubok dueli” iki oyundan ibarətdir və cütün taleyi hələ martın 11-də Bakıda həll olunacaq. İkincisi, futbol 90 dəqiqə oynanılır. Lakin “istefa, istefa” şüarları “Bakı”ya qarşı oyunun artıq 75-80-ci dəqiqələrdə səslənirdi. Həmin dəqiqələrdə komandanın ciddi dəstəyə ehtiyacı varıydı ki, hesab bərabələşsin. Axı, həmin bu vurulmayan qola Bakıdakı oyunda böyük ehtiyacımız ola bilər”.
Müraciətdə həmçinin klubun baş məşqçiyə dəstək olduğu da qeyd olunub: “Ponomaryovun “Xəzər Lənkəran”ı qəbul etməsindən heç üç ay keçməyib. İndi o, komandaya yeni oyun üslubu aşılamağa, futbolçulara özünəinamı qaytarmağa çalışır və azarkeşlərin dəstəyinə ehtiyac duyur. İstənilən mütəxəssisə vaxt verilməlidir ki, öz oyun fəlsəfəsini, oyun modelini ortaya qoysun”.
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu