Son zamanlar "Qalatasaray"a qayıdacağı ilə gündəmə gələn Fatih Terim yenidən diqqət mərkəzinə düşüb. Qol.Az-ın məlumatına görə, Ünal Aysalın prezident seçilməsindən sonra "Qalatasaray"ı çalışdırmağa razılıq verdiyini bildirən Terim ilk hədəfini açıqlayıb.
Bu, "Qalatasaray"ın əzəli rəqibi "Fənərbaxça" klubunun hücumçusu Semih Şəntürkdür. Mövsümün sonunda "Fənərbaxça"dan ayrılacağı gözlənilən Semih karyerasını "Qalatasaray"da davam etdirə bilər. "İmperator" ləqəbli mütəxəssis Türkiyə yığma komandasını çalışdırdığı dönəmdə əsas qol silahı olan Semihi yenidən sərəncamında görmək istəyir.
"Fənərbaxça"dan ayrılmaq niyyətində olan Semihin də "Qalatasaray"ın bu təklifini müsbət qarşıladığı bildirilir. "Qalatasaray" Semih üçün qarşı tərəfə 2 milyon avro da ödəməyə hazırdır. 28 yaşlı futbolçunun transfer məsələsinə yaxın vaxtlarda aydınlıq gələcək.
Qeyd edək ki, 2000-ci ildən "Fənərbaxça"nın şərəfini qoruyan Semih meydana çıxdığı 164 oyunda 54 dəfə fərqlənib.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi