Bu gün Premyer Liqanın son turunun ilk qarşılaşmasında "Bakı" klubu öz meydanında "İnter"i qəbul edib. Qol.Az-ın məlumatına görə, rəqibinə 0:1 hesabı ilə məğlub olan "Bakı" klubunun baş məşqçisi Aleksandr Starkov oyundan sonra keçirilən mətbuat konfransında bunları deyib:
"İlk öncə bütün azarkeşlərdən üzr istəyirəm. "Bakı" bu mövsüm uğursuz çıxış etsə də, onlar həmişə bizimlə idi. Oyuna gəldikdə isə daha motivasiyalı olan "İnter" bu görüşdə bizdən üstün oldu. Onlar əllərinə düşən imkandan maksimum yararlanaraq qələbə qazandılar. Lakin qələbə "İnter"dən daha çox bizə lazım idi.
Bizim bu görüşdə heç bir iddiamızın olmasına baxmayaraq, son oyunda azarkeşlərimizi sevindirmək istəyirdik. Artıq xeyli azarkeşimizi itirmişik. Bunu stadiona gələn azarkeşlərin sayından da hiss etmək olur. Gələn mövsümdə isə daha yaxşı çıxış etməklə azarkeşlərimizi yenidən stadiona qaytarmağa çalışacağıq.
Komandada heç bir futbolçunun milliyətinə fərq qoymuram. Özünü yaxşı tərəfdən göstərən futbolçu əsas heyətə cəlb olunur. Növbəti mövsümdən isə daha çox yerli oyunçulara daha şans verəcəm. Hansı oyunçularla vidalaşacağımızı isə indidən deyə bilmərəm. Buna yaxın vaxtlarda aydınlıq gələcək".
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi