Türkiyənin "Beşiktaş" klubu Nihat Kahveçi ilə yollarını ayırıb. Qol.Az-ın "NTV Spor"a istinadən məlumatına görə, Nihatla müqavilə qarşılıqlı razılıq əsasında pozulub.
32 yaşlı hücumçunun heyətdən kənarlaşdırılması barədə rəsmi açıqlama klub prezidenti Yıldırım Dəmirörənlə görüşündən sonra veriləcək. Qeyri-rəsmi səbəb kimi təcrübəli oyunçunun zəif çıxışı, eləcə də bu yaxınlarda komanda yoldaşı Rikardu Quarejma və qəzetçi Turqay Dəmirlə dalaşmasıdır.
Qeyd edək ki, Nihat Kahveçi "Beşiktaş"ın aşağı yaş qrupundan yetişib. 1997-ci ildə əsas komandada debüt edən Nihat 2002-ci ildə 5 milyon avro qarşılığında İspaniyanın "Real Sosyedad" klubuna transfer olub. 2003-2004-cü ildə o, 23 qolla bombardirlər siyahısında ikinci yeri tutub.
Kahveçi 2004-cü ildə İspaniyada ilin futbolçusu seçilib. 2006-cı ildə "Vilyarreal"a havayı keçən futbolçu ilk mövsümündə zədə üzündən cəmi 9 oyunda forma geyinib və 1 qol vurub. Növbəti mövsüm isə o, 18 dəfə fərqlənib. 2008-ci il Avropa çempionatında
Türkiyə yığmasının bürünc medal qazanmasında xidmətləri olan Nihat sonrakı ili "Vilyarreal"da qolsuz keçirib. Kahveçi 2009-cu ilin yayında yenidən "Beşiktaş"a 15 milyon avroya transfer olub. Lakin o, müxtəlif turnirlərdə 52 görüşdə cəmi 9 qol vurub.
Kurt Zuma BƏƏ klubunda
Yamal rekorda imza atdı
"Komandanın vəziyyəti yaxşıdır" - Yuri Vernidub
"Barselona" bu transferi bitirmək üzrədir
"Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
"Sumqayıt"dan ayrıldı, İndoneziya klubuna keçdi
Sadio Mane millidəki karyerasını başa vurdu
"Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
Portuqaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Mançester Siti"dən yeni transfer
Avrokuboklarda ən uğurlu həftə
"Araz-Naxçıvan"da braziliyalı qapıçı
Ramiz Məmmədov "Karvan-Yevlax"ın baş məşqçisi oldu
Azərbaycan klublarının avrokuboklardakı 300-cü qolu
Dünya çempionatları rekordunu təkrarladı
"Şəfa" fransalı futbolçu tansfer etdi
Belçika millisində itki: İspaniya ilə oyunu buraxacaq
Vüsalın komandası Konfrans Liqasına məğlubiyyətlə başladı
Fransada DÇ qələbəsinin qeyd edilməsi faciə ilə nəticələndi
“Seltik”ə keçən Kamilo Durandan - İlk açıqlama
Kamilo Duran rəsmən “Seltik”də - 5 illik müqavilə
Mbappedən 60 ilin rekordu
“Qarabağ”a klub tarixinin ən böyük büdcəsini ayırmışıq”
"Araz-Naxçıvan"ın futbolçusu əməliyat olundu
Mbappe və Dembelenin qolları - Video
Azərbaycanın UEFA reytinqində əmsalı artdı
Avropa Liqasında 6 oyun keçirildi
"Zirə" və "Neftçi"nin potensial rəqibləri ilk oyununa çıxdı