Milli komandamızın əsas qapıçısı Kamran Ağayev martın 2-5-i aralığında Almaniyada keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək. Qol.Az-ın “Xəzər-Lənkəran”ın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, gənc qapıçı məşq etmək iqtidarında olmasa belə, səfərə yollanacaq və orada tibbi müayinədən keçəcək. K.Ağayev onurğa sütununun bel hissəsində ağrılar hiss etdiyindən bir müddətdi məşqlərdən kənar qalıb. “Xəzər Lənkəran”ın həkimi Boris Xetaqurovun müayinəsindən sonra futbolçu məşqlərdən azad edilərək Bakıya müalicə kursu keçməyə göndərilmişdir. Kamranın ilkin müalicəsi millinin təlim-məşq toplanışının startınadək tamamlanmalıdır. Lakin böyük ehtimalla, onun sağlıq durumu haqda son diaqnoz Almaniyada qoyulacaq.
“Xəzər-Lənkəran”ın digər zədəli futbolçusu Rəşad Abdullayev isə 7-10 gün sonra məşqlərə başlaya biləcək. Həkimlərin fikrincə, hər şey planlaşdırıldığı kimi getsə, yarımmüdafiəçi martın ikinci yarısından etibarən ümumi qrupda çalışmalara başlaya biləcək.
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu