"Anji" PSV-nin futbolçusunu alır

"Anji" PSV-nin futbolçusunu alır
XƏBƏR 18 May 2011 / 07:13 2016
-  A +

Rusiyanın "Anji" klubu Hollandiyanın PSV komandasının 24 yaşlı hücumameylli yarımmüdafiəçisi Balaj Cucakın transferi ilə bağlı razılığa gəlib. Qol.Az-ın məlumatına görə, macarıstanlı futbolçu Mahaçqalaya yay transfer dövründə gələcək.

Cucak PSV-də 2007-ci ildən çıxış edir. Bu müddətdə futbolçu 155 oyuna 57 qol vurub. O, bir neçə dəfə Hollandiyada ayın oyunçusu seçilib, "qol+ötürmə" sistemi üzrə bu ölkənin ən məhsuldar futbolçusu olub. Macarıstan yığmasına müntəzəm çağırılır. Fevralın 9-da Cucak Azərbaycan millisinə qarşı yoldaşlıq görüşündə 90 dəqiqə forma geyinib. Oyun macarıstanlıların qələbəsi ilə nəticələnib - 2:0.  

Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner