"Bavariya" klubunun hücumçusu Miroslav Kloze karyerasını İspaniya La Liqasında davam etdirə bilər. Qol.Az-ın məlumatına görə, 32 yaşlı futbolçu "Valensiya" klubunun maraq dairəsinə düşüb.
Mövsümün sonunda "Bavariya"dan ayrılacağı gözlənilən Klozenin də bu təklifi müsbət qarşıladığı bildirilir. Yeni mövsümdə hücum xəttini gücləndirməyi planlaşdıran "Valensiya" rəhbərliyi artıq Klozenin transferi üçün danışıqlara hazırdı.
Kloze ilə yanaşı Həmid Altıntopun da "Bavariya"dan ayrılaraq La Liqaya gedəcəyi gözlənilir. Lakin türk futbolçu "Valensiya"ya deyil, Madridin "Real" klubuna transfer olacaq.
Qeyd edək ki, Kloze "Valensiya" ilə yanaşı, "Borussiya" (Dortmund), "Tottenhem" və "Latsio" klublarının da maraq dairəsinə düşüb.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi