"İnter" - "Xəzər Lənkəran" matçının biletləri sabahdan satışda

XƏBƏR 17 May 2011 / 17:02 1930
-  A +

Mayın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan kubokunun "İnter" - "Xəzər Lənkəran" final oyununun biletləri sabahdan etibarən satışa çıxarılacaq. Qol.Az-ın məlumatına görə, biletləri oyunun keciriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək olar.

Qeyd edək ki, final oyunun biletlərinin qiyməti sektordan asılı olmayaraq 1 manatdır. Biletlər final oyunundan sonra azarkeşlər arasında keçiriləcək "Renault Logan" avtomobilinin və digər qiymətli hədiyyələrin oynanılacağı uduşlu lotereyada iştirak edəcək.

Qeyd edək ki, "İnter" - "Xəzər Lənkəran" oyunu mayın 24-ü, saat 20:00-da başlayacaq. 


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner