Növbəti mövsümdən Misli Premyer Liqasında mübarizə aparacaq "İmişli"nin baş məşqçisi Fərid Namazovla müqaviləsi başa çatıb. Lakin bölgə təmsilçisinin yeni çalışdırıcısının adına hələlik aydınlıq gəlməyib.
Klubun icarçı direktoru Aqşin Mürsəlov bu barədə QOL.az saytına açıqlama verib.
O, bir neçə mütəxəssislə danışıq apardıqlarını söyləyib: “Biz portuqaliyalı, türkiyəli, ingiltərəli mütəxəssislə və iki yerli məşqçi ilə danışıqlar aparırıq. İdarə heyəti iyun ayının 20-dən sonra bir araya gələcək. O zaman yekun qərar veriləcək".
Klub rəsmisi Pro kateqoriyası olmayan portuqaliyalı mütəxəssis Kristian Souza ilə ilkin razılıq əldə etmələri ilə bağlı xəbərləri isə təkzib edib: “Bildirdiyiniz məşqiçi ilə danişıqlar aparmamışıq. Biz başqa məşqçilərlə danışırıq. Hansı ki, hamısı PRO kateqoriyalı məşqçilərdir. Yalniz Fərid Namazov hazırda PRO kateqoriyası üzrə təhsil alır. Biz PRO kateqoriyasından kənar baş məşqçi gətirməyi fikirləşmirik”.
A.Mürsəlov ev oyunlarını Premyer Liqaya tam hazır olmayan İmişli şəhər stadionunda, yoxsa başqa arenada keçirəcəkləri ilə bağlı suala da cavab verib: "Stadionla əlaqədar dəqiq bir söz yoxdur. Biz AFFA-nın stadionun hüquqi məsələləri ilə bağlı dəstək göstərməyini gözləyirik. Sağ olsunlar, bununla bağlı dəstək göstərəcəklərini bildiriblər. Biz İmişlini təmsil edirik. Məqsədimiz ev oyunlarımızı öz doğma stadionumuzda keçirməkdir. Müvəqqəti olaraq ev oyunlarımızı başqa stadionlarda keçirmək ehtimalımız da var. Nəzərə alaq ki, bu, müvəqqəti xarakter daşıyacaq. Digər klublar kimi, bizim də bundan istifadə etmək hüququmuzun olduğunu düşünürük".
Ramiq Ağaməmmədov
"Yuventus"da itki
2-ci liqada 2 oyun
Toral oynadı, komandası qalib gəldi
“Real”la münaqişəyə görə vəzifəsindən gedə bilər
Ronaldo millidəki davranışına görə cəzalandırıldı
UEFA FİFA-dan hesabat tələb etdi
Flik Arda Gülerin epizodunu şərh etməkdən yayındı
“Məni komandamın performansı maraqlandırır” - Dambrauskas
“Çempionlar Liqasında hər şey fərqlidir” - Zedadka
"Sabah"ın bütün futbolçularını araşdırmışam"
"Borussiya"nın "Sabah" hazırlığından - Şəkillər
“Liverpul”un 2 futbolçusu sıradan çıxdı
1-ci liqada həftənin hakimləri məlum oldu
Mbappe Avropanın ən yaxşı futbolçusu seçildi
Şirvanda qalib müəyyənləşmədi
Azərbaycan atleti Avropa birinciliyində 3 medal qazandı
Azərbaycan millisi UEFA İnkişaf Turnirinə bu heyətlə gedir
PSJ ilə oyunu buraxacaqlar
"Sabah" - "Barselona" oyununun biletləri satışda
“Dinamo” baş məşqçini istefaya göndərdi
“Qarabağ” və ASA birgə tədbir keçirdi - Şəkillər
Ən çox qazanan futbolçular - Siyahı