Paytaxtın 2 komandası "Bakı" və "İnter" klubları indiyə kimi bir-birilə 20 dəfə qarşılaşıb. Qol.Az-ın məlumatına görə, bu komandalar arasında ilk oyun 2004-cü ildə keçirilib.
Bu görüşlərin 17-si Azərbaycan çempionatı , 3 oyun isə ölkə kuboku çərçivəsində keçirilib. Şəxsi oyunlarda "Bakı" klubu üstünlüyə malikdir. Bu komanda 9 oyunda qələbə qazanarkən, 6 görüş də heç-heçə başa çatıb. 5 oyunda isə "İnter"in futbolçuları daha üstün olublar. Vurulan toplarda da "Bakı"nın üstünlüyü görünür -18:10.
Azərbaycan çempionatı çərçivəsində komandalar 17 dəfə üz-üzə qəliblər. Bu oyunlarda da "Bakı" daha çox sevinib. Belə ki, keçirilmiş 17 oyunun 7-də bu komanda qələbə qazana bilib. 5 qarşılaşma sülhlə başa çatarkən, 5 dəfə isə "İnter" rəqibini üstələyib. Vurulan qollarda da "zolaqlılar" irəlidədir - 13:7.
Azərbaycan çempionatı çərçivəsində "İnter" 8 dəfə "Bakı"nın qonağı olub və "bankirlər" yalnız bir dəfə səfər qələbəsinə sevinə bilib. ("İnter" tarixdə ilk dəfə "Bakı" məhz bu mövsümdə məğlub edib). 3 görüş heç-heçə başa çatıb, 4 oyunda isə ev sahibləri "Bakı" üç xala sevinən tərəf olublar. Qollar - 8:2 "zolaqlıların" xeyrinədir.
"Bakı" - "İnter" qarşılaşmalarında ən çox rast gəlinən hesab - "1:0". Bu hesab 20 görüşün 8-də qeydə alınıb.
Bu mövsümdə komandalar bir-birilə üç dəfə qarşılaşıblar. İki oyunda "İnter" qalib qəlib (1:0,2:1), bir görüş isə heç-heçə başa çatıb(1:1).
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı