AFFA millinin baş məşqçisini cəzalandırdı

AFFA millinin baş məşqçisini cəzalandırdı
XƏBƏR 17 May 2011 / 14:58 1858
-  A +

AFFA-nın İntizam Komitəsi futzal üzrə milli komandamızın və "Araz" klubunun baş məşqçisi Alesio Da Silvanı cəzalandırıb.

Qol.Az-ın məlumatına görə, qurumun İntizam Komitəsinin bu gün açıqladığı qərardə deyilir ki, mayın 15-də futzal üzrə Azərbaycan çempionatının “Neftçi” İSM – “Araz” matçının 28-ci dəqiqəsində “Neftçi” İSM klubunun baş məşqçisi Rikardo Raulo və “Araz” klubunun baş məşqçisi Alesio Da Silva texniki zonadan kənarlaşdırılıb.

Bu səbəbdən hər iki baş məşqçi 1 oyunluq cəzalanıb. Bundan başqa matçın 35-ci dəqiqəsində “Araz” klubunun məşqçisi Ağakərim Həsənov da texniki zonandan kənarlaşdırıldığı üçün məşqçi 1 oyunluq cəzalanıb.

Son xəbərlər