Roman Pokora heç kimə zəng etməyib

XƏBƏR 27 Fevral 2009 / 15:40 2459
-  A +

Bu gün Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun "Standard", "Neftçi" və "Simurq" klublarının baş məşqçiləri ilə görüşü nəzərdə tutulmuşdu. AFFA-nın inzibati binasına yalnız Badri Kvaratsxeliya gedib. Hans Yurgen Gede və Roman Pokora isə Foqtsla görüşə gəlməyiblər. AFFA-nın rəsmi saytı Pokoranın üzürlü səbəbdən gələ bilməməsi xəbərini yayıb. Lakin Qol.Az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə Roman Pokora heç kimə zəng etməyib, Federasiyanın heç bir rəsmisi ilə əlaqə saxlamayıb. Ümumiyyətlə, bu gün keçirilən görüşlərin dünən mətbuatın təzyiqindən sonra təşkil edildiyi bildirilir. Milliyə ən çox futbolçu verən Əsgər Abdullayev, Yunis Hüseynov və Roman Pokoranın Hacıyevski, Qurbanov və Xodukindən sonra çağırılması böyük qıcıq doğurub.  

Son xəbərlər