Daum 55 gün baş məşqçi oldu

Daum 55 gün baş məşqçi oldu
XƏBƏR 16 May 2011 / 23:35 1662
-  A +

Almaniya Bundesliqasından aşağı liqaya enən "Ayntraxt" klubunun baş məşqçisi Kristof Daum vəzifəsindən istefa verib. Qol.Az-ın məlumatına görə, Daum klub prezidenti Heribert Bruxhagenlə apardığı uzunmüddətli danışıqlardan sonra belə qərara gəlib.

Onun fikrincə, "Ayntraxt"ın yeni baş məşqçi ilə yenidən elitaya qayıda bilməsi üçün postunu tərk edib. Beləliklə, martın 22-də Mixael Skibbenin əvəzləmiş 58 yaşlı mütəxəssisin fəaliyyəti cəmi 55 gün çəkib. Daum deyib: "Bu müddətdə uğursuz olmadım, ağıllandım". 

Qeyd edək ki, Kristof Daum "Ayntraxt"ın baş məşqçisi qismində 7 oyuna 3 heç-heçə, 4 məğlubiyyət alıb. O, karyerasında ilk dəfə bir komanda ilə aşağı liqaya enib.  

Daha çox


Son xəbərlər