UEFA Avropanın ən centilmen çempionatının adını açıqlayıb. Qol.Az-ın məlumatına görə, Norveç bu siyahıda İngiltərə və İsveçi qabaqlayaraq birinci olub.
UEFA-nın centilmenlik siyahısında yer alan bu 3 ölkə gələn mövsüm Avroliqaya daha bir komanda göndərmək hüququ əldə edib. İngiltərənin "Çelsi" klubu artıq Çempionlar Liqasına vəsiqə qazandığı üçün bu hüquqa digər komanda "Fulhem" yiyələnə bilər. Lakin bir şərtlə ki, "Fulhem" 8-ci pillədəki yerini qorusun.
UEFA-nın "fair-play" hesablamalarında futbolçuların rəqibə və hakimə hörmətlə yanaşması, azarkeşlərin və komanda üzvlərinin bir-biri ilə davranışları, çempionat ərzində göstərilən sarı və qırmızı kartların miqdarı əsas götürülür.
Qeyd edək ki, 53 ölkənin yer aldığı bu siyahıda son 6 ölkə, komandaları il ərzində 34-dən az oyun keçirdiyi üçün əsas qrupa daxil edilmir. Bu siyahıda Azərbaycan çempionatı da var. Çünki Premyer Liqamızda cəmi 32 tur oynanılır.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı