Avropanın ən güclü futbol klublarının siyahısı açıqlanıb. Qol.Az-ın məlumatına görə, Avropanın ən nüfuzlu statistika portallarından olan "infobank" son 1 ilin ən yaxşı 437 komandasının siyahısını müəyyənləşdirib.
Hər həftə yenilənən siyahıda Azərbaycan yenə də 7 komanda ilə təmsil olunub. Bunlardan yalnız "Qarabağ" və "Xəzər Lənkəran" son 1 həftədə irəliləyişə nail olub.
AZAL yerində sayarkən, digər təmsilçilərimiz isə aşağı yuvarlanıb. Son 1 həftədə "Qarabağ" Avstriyanın "Rapid" və İspaniyanın "Xetafe" kimi klublarını qabaqlamaqla 73-cü pillədə qərarlaşıb.
"Xəzər Lənkəran” isə bu həftə 38,87 xalla 116-cı olub. Digər klublarımıza gəldikdə isə "Neftçi" 176-cı, "İnter" 200-cü, "Bakı" 258-ci, AZAL 279-cu və nəhayət "Simurq" 428-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, siyahıya İspaniyanın "Real" (154,10) və "Barselona" (141,92) klubları başçılıq edir. İngiltərənin "Mançester Yunayted" (141,05) klubu isə siyahıda 3-cü olub.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı