Azərbaycan Premyer Liqasının 31-ci turunun “Bakı” ilə oyunu “Xəzər Lənkəran” üçün yubileylə əlamətdar olub. Qol.Az-ın məlumatına görə, "Xəzər Lənkəran" klubu ölkə çempionatlarında 200-cü oyununa çıxıb.
Bu matçda 2:0 hesabı ilə qələbə qazanan komanda 110-cu dəfə 3 xalı bayram ediblər. Daha 57 dəfə 1 xalla kifayətlənən "Xəzər Lənkəran" 33 çempionat matçında uduzub. “Xəzər Lənkəran” bu görüşlərdə 313 qol vurub və 126-nı buraxıb.
Qeyd edək ki, 2004/05 mövsümünə təsadüf edən “Şəfa” klubunun dağılması üzündən baş tutmayan qarşılaşma oyun sayında nəzərə alınıb. Həmin matçdakı texniki nəticə (3:0) komandanın ümumi qol sayında əks olunmayıb.
Xatırladaq ki, “Xəzər Lənkəran” ilk çempionat oyununu 2004-cü il avqustun 8-də səfərdə “Turan”a qarşı keçirib – 1:1. 100-cü matç isə 2008-ci il fevralın 23-də “Masallı” ilə ev oyunu olub – 4:1. Bu matç həm də “Xəzər Lənkəran”ın meydanında oynadığı 100-cü çempionat matçıdır. Bu görüşlərdə 61 qələbə və 30 heç-heçəsi olan komanda cəmi 9 dəfə uduzub. Bu görüşlərdəki top fərqi nəzərə çarpan dərəcədə böyükdür – 180:51.
“Bakı” ilə matçda komanda bu rəqibə qarşı çempionat oyunlarındakı uğursuzluq seriyasına son qoyub. “Xəzər Lənkəran” son 5 qarşılaşmada rəqibi uda bilmirdi. Cari mövsüm çempionatın əvvəlki 3 duelində 1 xalla kifayətlənən "Xəzər Lənkəran", ötən çempionatın final mərhələsində 2 məğlubiyyətə üzülmüşdü. Düzdür, kubokda “Bakı”nı məğlub etmək mümkün olmuşdu, lakin Premyer Liqada son dəfə 2009-cu il noyabrın 29-da “Bakı”nı Lənkərandan 3:0 hesabı ilə məğlub yola salmışdı. Həmin görüşdən 530 gün sonra komanda eyni rəqibi məğlub edib.
“Xəzər Lənkəran”ın kapitanı Kamran Ağayev klubun heyətində 125-ci matça çıxmaqla Radomir Todorova çatıb. Qapıçı indi yalnız 3 futbolçudan – Alim Qurbanov (166), Rəşad Abdullayev (155) və Rahid Əmirquliyevdən (152) geri qalır.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı