Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts ölkəmizin "Eurovision-2011"in qalibi olması ilə bağlı affa.az saytına fikirlərini bildirib. Qol.Az-ın məlumatına görə, Foqts Azərbaycanın bu qələbəyə layiq olduğunu vurğulayıb:
"Çox sevinirəm ki, Azərbaycanı təmsil edən musiqiçilər – Eldar Qasımov və Nigar Camal – məhz mənim Vətənimdə – Almaniyada təşkil olunmuş "Eurovision-2011" Beynəlxalq Mahnı Müsabiqəsinin qalibi oldular. Bu münasibətlə Azərbaycan xalqını təbrik edir və hesab edirəm ki, Azərbaycan bu qələbəyə layiqdir.
Azərbaycanlı müğənnilərin mahnısını dinlədikdən sonra təmsilçilərinizin bu müsabiqənin favoriti olduğuna əmin idim. Finalda bu bir daha öz təsdiqini tapdı və Avropa ölkələrinin böyük əksəriyyəti Azərbaycan təmsilçilərinə yüksək bal verdilər.
Bu uğurlu nəticə bir daha onu göstərir ki, məqsədyönlü fəaliyyət qarşıya qoyulan məqsədə çatmağa böyük zəmin yaradır. İnanıram ki, Azərbaycan incəsənətinin bu qələbəsi futbolçularmızda da böyük ruh yüksəkliyi yaradacaq".
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı