“Bakı”yla oyuna həmişəki qaydada hazılaşırıq. Hansısa xüsusi hazırlıqdan söhbət gedə bilməz”. Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri “İnter”in baş məşqçisi Valentin Xodukin deyib. Ukraynalı çalışdırıcı heyətlə bağlı problemlərinin olmadığını deyib: “Simurq”la kubok oyunundan sonra futbolçular 1 gün istirahət etdilər. Ardınca oyunun hazırlıqlarına start verdik. Sevindirici haldır ki, heyətlə bağlı hər hansı problemimiz yoxdur. Sabahkı oyunda əsas futbolçuların hamısının xidmətindən istifadə edə biləcəyəm”.
Rəqib haqda isə V.Xodukin bunları söyləyib: “Bakı” mövsümlərarası fasilədə xeyli güclənib. Komandanın heyəti çox güclüdür. Buna görə də oyunun çox çətin keçəcəyini deyə bilərəm. Amma rəqibin heyətində hansısa futbolçunu fərqləndirə bilmərəm. Çünki nadir hallarda hansısa futbolçudan çəkinmək olar. Bizə qarşı Pele və ya Maradona oynamayacaq ki, onlardan çəkinək. Düşünmürəm ki, bu matç çempionluğun taleyi baxımından həlledici olsun. Çünki bu qarşılaşma ilə çempionata yekun vurulmur. Qarşıda hələ çox oyun var”.
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu