Ramiz Məmmədov üçün Avroliqa şansı

Ramiz Məmmədov üçün Avroliqa şansı
XƏBƏR 15 May 2011 / 23:54 2364
-  A +

Qazaxıstan Premyer Liqasında ötən mövsümü 5-ci pillədə başa vurmuş "Atırau" klubu 2011-2012-ci il mövsümündə Avropa Liqasında iştirak edə bilər. Qol.Az-ın məlumatına görə, bu, ölkə kubokunun sahibi Astana "Lokomotiv"inin UEFA lisenziyasından hələ keçə bilməməsi ilə əlaqərdardır.

Avropa Liqasının əsasnaməsində göstərilib: Kubokun finalçısı (yəni, Karaqanda "Şaxtyor"u) o halda qitə miqyaslı yarışda iştirak edə bilər ki, kubokun qalibi Çempionlar Liqasına qatılsın. Kubokun sahibi heç bir turnirdə iştirak etməsə, onun yerini finalçı yox, avrokuboklarda yerini təmin etmiş klublardan sonrakı pillənin sahibi tutur. Bu isə o deməkdir ki, "Lokomotiv" Avroliqada yer almasa, onu çox güman, "Atırau" əvəzləyəcək. Bu zaman "Aktobe" Avropa Liqasının II raundundan mübarizəyə qoşulacaq. İlk raunddan isə "İrtış" və "Atırau" start götürə bilər.  

Qeyd edək ki, "Atırau"nun baş məşqçisi azərbaycanlı mütəxəssis Ramiz Məmmədovdur.

Son xəbərlər