"Atırau"nun 3-cü qələbəsi

"Atırau"nun 3-cü qələbəsi
XƏBƏR 15 May 2011 / 20:42 1936
-  A +

Qazaxıstan çempionatında 11-ci turun görüşləri keçirilib. Qol.Az-ın məlumatına görə, azərbaycanlı baş məşqçi Ramiz Məmmədovun rəhbərlik etdiyi "Atırau" klubu "Taraz"ı qəbul edib.

Oyun meydan sahiblərinin qələbəsi ilə nəticələnib - 1:0. Yeganə topu 38-ci dəqiqədə Rikardo vurub. O, cərimə zərbəsini dəqiq yerinə yetirib. Bu qələbə sayəsində "Atırau" 14 xalla 12 komanda arasında 7-ci pilləyə yüksəlib. "Taraz" isə 9 xalla 10-cu pilləyə enib.

Qeyd edək ki, 11 turdan sonra "Atırau" cəmi 3 qələbə qazanıb. Görüşlərindən 5-ini heç-heçə, 3-ünü isə məğlubiyyətlə başa vuran Ramiz Məmmədovun komandası 9 qol vurduğu halda 10-unu buraxıb.

Son xəbərlər