"Anji" udmağı bacarmadı

"Anji" udmağı bacarmadı
XƏBƏR 15 May 2011 / 23:24 1846
-  A +

Rusiya çempionatında növbəti turun görüşləri keçirilib. Qol.Az-ın məlumatına görə, 3 həmyerlimizin məşqçi kimi çalışdığı "Anji" klubu "Kuban"la üz-üzə gəlib.

Mahaçqaladakı "Dinamo" stadionunda keçirilmiş görüşdə hesab açılmayıb - 0:0. Bu nəticədən sonra xallarını 16-ya çatdıran "Anji" "Kuban" və "Zenit"lə birgə 2 - 4-cü yerləri bölüşür. Turnir cədvəlinə 17 xalla "Lokomotiv" başçılıq edir. 

Qeyd edək ki, "Anji"nin böyük məşqçisi Azərbaycan yığmasının sabiq baş məşqçisi Vaqif Sadıqov, seleksiyaçı-məşqçisi millimizin keçmiş müdafiəçisi Emin Ağayev, qapıçılar üzrə məşqçisi isə komandamızın eks-qolkiperi Aleksandr Jidkovdur.  

Son xəbərlər