Bir müddət öncə "Real" (Madrid) klubu ilə rəsmi müqavilə imzalayan Türkiyə yığmasının yarımmüdafiəçisi Nuri Şahin maraqlı açıqlamaları ilə diqqət çəkib. Qol.az-ın məlumatına görə, Nuri dünyanın ən yaxşı futbolçularının hər zaman "Real"da oynadığını bildirib:
"Dünyanın ən yaxşısı və mənim xəyal etdiyim komanda olduğu üçün məhz "Real"ı seçdim. 22 yaşında İspaniya La Liqasında çıxış etmək karyeramda qazana biləcəyim ən yaxşı uğurdur. Burada futbolçu olaraq daha çox təcrübə qazanmaq və yüksəlmək istəyirəm ki, buna da şübhəm yoxdur. Çünki "Real" hər zaman bütün titulları qazanmaq uğrunda mübarizə aparır.
Məhz buna görədir ki, dünyanın ən yaxşı futbolçuları da "Real"da çıxış edib və bundan sonra da belə olacaq. Mən də Madridə uğur qazanmaq üçün gəlmişəm. Yeni klubumda heç kəsə bənzəmək istəmirəm. Öz oyunumla Nuri Şahin olduğumu göstərəcəm".
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur