Ağdamın "Qarabağ" klubu cari mövsüm ilk dəfə Quzanlı Olimpiya kompleksinin meydançasında meydana çıxıb. Qol.Az-ın məlumatına görə, Azərbaycan derbisi "Qarabağ" - "Neftçi" görüşü bir sıra tarixi məqamlarla yadda qalıb.
2000 yerlik arenada 3000-dən çox azarkeşin izlədiyi oyunda "Qarabağ" 5-ci dəqiqədə hesabı açıb. Adamiya Aqollinin sol cinahdan asmasına başla dəqiq toxunaraq qol pərdəsini açdı. Bu 30 yaşlı forvardın çempionatda 15-ci qolu olmaqla yanaşı, bombardirlər yarışında əks düşərgədə olan Bahodir Nasimova çatmasına gətirib çıxarıb. Ancaq 8 dəqiqə sonra Sadiqovun qapıya zərbəsi müdafiəçilərdən dönsə də, fürsətciliyini göstərən gürcü bu dəfə də hamıdan qabaq tərpənərək "Qarabağ"ın üstünlüyünü 2 qat artırıb. İkinci yarının startında isə komanda böyük hesablı qələbəni rəsmiləşdirib.
Rəşad Sadiqova qarşı kobudluqdan sonra Adamiya het-trikini reallaşdıraraq qollarının sayını 17-yə çatdırıb. Maraqlıdı ki, ötən il bu meydanda baş tutan və "Qarabağ"ın 2:0 hesabı ilə qələbə qazandığlı oyunda Adamiya dublla yadda qalmışdı. Ümumiyyətlə, Adamiya Azərbaycan çempionatlarında vurduğu qolları 52-yə çatdıraraq ən məhsuldarlar siyahısında 28-ci sıraya yüksəlib.
Beləliklə, komanda sonuncu ev oyununda 3:0-lıq qələbə qazanaraq gümüş uğrunda mübarizəsini davam etdirir. "Qarabağ" bu qələbə ilə mövsümün ən yaxşı ev komandası olduğunu göstərib. Komanda bu nəticə ilə evdə ən çox xal toplayan komanda olub – 36 xal. "Qarabağ" eyni zamanda cari mövsümdə 4-cü 3:0-lıq qələbəsini qazanıb. Daha öncə, "Gəncə", MOİK, "Qəbələ" eyni aqibətə düçar olmuşdu (bir dəfə "Turan" 5:1 hesabı ilə edib). "Qarabağ" eyni zamanda tarixində ilk dəfə paytaxt klubunu böyük hesabla məğlub edib. "Neftçi" üzərində qələbə komandanın Quzanlıda ilk böyük hesablı qələbəsi kimi tarixə düşüb.
(Mənbə: "Qarabağ" klubunun rəsmi saytı)
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur